Məhkəmə reper Nəvai Bəkirov  barəsində həbs qərarı çıxardı - YENİLƏNİB
15 oktyabr 2026 14:11 (UTC +04:00)

Məhkəmə reper Nəvai Bəkirov barəsində həbs qərarı çıxardı - YENİLƏNİB

0

Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılan məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə oktyabrın 15-də Qazaxıstanın Jambıl vilayətinin Polis Departamenti məlumat yayıb.

“Şübhəli şəxs barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib”, – deyə polis idarəsindən bildirilib.

Məlumata görə, reper barəsində Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi – narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz saxlanılması üzrə araşdırma aparılır.

"Baza" telegram kanalının yaydığı məlumata görə isə Nəvai həbsxanada özünü "nəzarətçi" elan edib. Korday müvəqqəti saxlama təcridxanasında saxlanılan musiqiçi özünü kifayət qədər sərbəst aparır. O, digər məhbusların hüquqlarını müdafiə edir, onların vəkillə təmin olunması üçün müraciətlər edir.

Bununla yanaşı, reper saxlanma şəraitindən heç bir şikayətinin olmadığını bildirib. Navai təcridxanada yeməklərin yaxşı olduğunu söyləyib və ona kənardan ərzaq göndərilməməsini xahiş edib.

***
09:23

Qazaxıstanda məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) saxlanılıb.

Lent.az xəbər verir ki, 31 yaşlı musiqiçi narkotik vasitələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, reper oktyabrın 13-də Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Əməliyyatda polis əməkdaşları və Qazaxıstan Milli

Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Polisdən bildirilib ki, musiqiçinin olduğu avtomobilə baxış keçirilərkən narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi başlanılıb. Reper müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Hazırda hadisə ilə bağlı ibtidai istintaq aparılır. Navaiyə rəsmi ittiham irəli sürülməsi barədə hələlik məlumat yoxdur.

Musiqiçi və onun nümayəndələri baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməyiblər.

Qeyd edək ki, əslən azərbaycanlı olan Nəvai Bəkirov 1995-ci ildə Rusiyanın Samara şəhərində anadan olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1040

Oxşar yazılar