Rusiya Navainin həbsinə görə Qazaxıstana nota verdi
15 oktyabr 2026 18:08 (UTC +04:00)

Rusiya Navainin həbsinə görə Qazaxıstana nota verdi

0

Rusiyanın Almatıdakı Baş Konsulluğu Qazaxıstanda həbs edilən məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) ilə bağlı ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota göndərib.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Baş Konsulluğu reperin “Korday” sərhəd-keçid məntəqəsində saxlanılması ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Qeyd edilib ki, Qazaxıstan məhkəməsi musiqiçi barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bununla belə, Navai və onun nümayəndələri indiyədək Rusiya diplomatlarından kömək istəməyiblər. Həmçinin reperin hüquqlarının pozulması ilə bağlı Baş Konsulluğa hər hansı şikayət daxil olmayıb.

Rəsmi müraciət olmasa da, Rusiya tərəfi Qazaxıstan Xarici İşlər Nazirliyinə diplomatik nota göndərmək qərarına gəlib.

Diplomatlar Navaiyə zəruri konsulluq yardımını göstərməyə hazır olduqlarını təsdiqləyiblər.

Xatırladaq ki, məşhur reper oktyabrın 13-də Qazaxıstana daxil olarkən saxlanılıb. Onun olduğu avtomobildə narkotik vasitə aşkarlandığı bildirilir.

Hazırda musiqiçi barəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz saxlanılması şübhəsi ilə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar