Samsung şirkətinin 2027-ci ildə qatlanan və genişlənən ekranlı altı yeni smartfon təqdim edə biləcəyi iddia olunur.
Lent.az xəbər verir ki, yeni modellər arasında “Galaxy Z Fold 9 Pro” və ekranı sürüşərək böyüyən “Galaxy Z Slide” da yer alır.
Sızıntılara görə, şirkət “Galaxy Z Flip 9”, “Galaxy Z Fold 9”, “Z Fold 9 Ultra” və “Z TriFold 2” modellərini də təqdim etməyi planlaşdırır.
Yeni cihazlarda batareyanın işləmə müddətinin artırılması, qalınlıq və çəkinin azaldılması gözlənilir.