Bakı-Quba ödənişli yolunda yük maşını aşdı,  ölən var
16 oktyabr 2026 18:28 (UTC +04:00)

Bakı-Quba ödənişli yolunda yük maşını aşdı, ölən var

0

Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 31 yaşlı Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar