Bakıda bir nəfərə soyuq silahla xəsarət yetirməkdə təqsirli bilinən şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Mehdi Mehdiyevə bıçaqla xəsarət yetirmiş paytaxt sakini Akif Məmmədov tutulub.