Neftçala rayonunda 1 nəfər Kürdə batıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 27 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 25 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 01 aprel 2017-ci il tarixində 1976-cı il təvəllüdlü Əsədov İsmayil Şərif oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 16:48-də başa çatıb.