Bərdədə kütləvi zəhərlənmə olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 10-da Bərdə rayonu Əyricə kəndində kənd sakini Ələkbər Nəbiyevin evində qızları Sevinc, Samirə, Aytac, habelə qardaşının qızları Buluza və Əsmər qidadan (paytaxt salatı) zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.