Bakı şəhəri və Abşeron rayonu ərazisində intensiv yağan yağışların törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində oktyabrın 5-də Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilib.
Nazirlikdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası Bakı şəhərinin Binəqədi rayonunda müxtəlif ünvanlarda suçəkmə işlərinə cəlb olunub, eyni zamanda həyətyanı sahəsinin yağış suları ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 1 nəfər xilasedicilər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.