Binəqədidə 5 maşın toqquşdu
18 oktyabr 2014 06:25 (UTC +04:00)

Binəqədidə 5 maşın toqquşdu

0

Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, qəza nəticəsində 5 avtomobil toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə rayonun Səttar Bəhlulzadə, 93 ünvanında qeydə alınıb. Vətəndaş Fərrux Məmmədzadə "Daewoo" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı yoldan gələn Rauf Cabbarovun idarə etdiyi "Hyundai"la toqquşub.

 

Bu zaman Fərrux Məmmədzadənin avtomobili "KİA"ya, o da, "Opel" və "AzSamand"a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə gələn Binəqədi Rayon Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya "Hyundai"in sürücüsünün qarşı yola çıxması səbəb olub. Avtomobillər evakutorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1107

Oxşar yazılar