
Binəqədi Rayon İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verib
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin “Azəriqaz” İctimai Birliyinə qarşı təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi ilə bağlı iddia ərizəsinə baxılıb.
ONA-nın xəbərinə görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb iddia ərizəsinə cavabdeh “Azəriqaz” tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənədin əlavə edilməməsi olub.
Qeyd edək ki, icra hakimiyyəti “Azəriqaz”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 20976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Oxşar yazılar

Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53
Yekaterinburqda baş verənlərlə bağlı cinayətkar cəzasını alacaq - RƏSMİ
2 iyul 2025 , 10:42
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
2 iyul 2025 , 10:36
Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
2 iyul 2025 , 10:33
Azərbaycanla İran sərhədi pozuldu - 10 kilodan çox narkotik
2 iyul 2025 , 10:31
Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25