APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda dördmərtəbəli inzibati binada baş verib. Dərhal nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanıb, istidən 1 ədəd kondisioner əriyib.
Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyə olunub. Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə aidiyyəti üzrə aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.