Azərbaycan-İran sərhədini keçmək istəyən nəqliyyat vasitələrinin sayı xeyli artıb
Noyabrın 7-dən başlayaraq Biləsuvar sərhəd buraxılış məntəqəsində yaranmış gərginlik aradan qalxmayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, piyada vətəndaşların sərhəd-buraxılış məntəqəsindən İrana keçməsinə icazə verilsə də, nəqliyyat vasitələri hələ də sərhəddən buraxılmır.
Azərbaycan-İran sərhədini keçmək istəyən nəqliyyat vasitələrinin sayı xeyli artıb.
Bunlar əsasən Naxçıvan Muxtar Respublikasına getmək istəyən ağır tonnajlı yük maşınlarıdır. İran tərəfi ilə Azərbaycan sərhədçilərinin bir neçə dəfə apardığı danışıqlar hələlik heç bir nəticə verməyib.
Qeyd edək ki, atıq ərazidə yük maşınlarının dayanması üçün yer yoxdur, əksər maşınlarda nasazlıq yaranıb, bəzi maşınlara yüklənmiş ərzaq məhsullarının isə vaxtı bitir.