Yasamal rayonu ərazisində kütləvi davada iştrak edən və bir neçə nəfəri bıçaqlamaqda təqsirli bilinən Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsi Kərimov Rəhman Vaqif oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. APA TV-nin xəbərinə görə, məlum olub ki, Hüseyn Cavid parkında tərəflər arasında düşən mübahisədə Kərimov Bakı şəhər sakınləri Toğrul Əhmədov, Şükür Əbülfəzli, Rahib Tanrıverdiyev və Elxan Əliyev və şəxsiyyəti istintaqa bəlli olmayan daha bir nəfərə bıçaqla xəsarət yetirib. Adı cəkilən şəxslər xəstəxanaya yerləşdirilib. Təqsirləndirilən şəxsin sözlərinə görə, məhəllə uşağının kiminləsə mübahisəsi düşüb tərəflər söhbəti axşam cözməyi qərara alıblar.
Rəhman Kərimov neçə nəfəri bıçaqladığını deyib: "Neçə nəfəri vurduğumu bilmirəm".
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Rəhman Kərimovdan başqa daha iki nəfər - Emil Əsədzadə, Vüqar Əzizov da şübhəli şəxs qismində saxlanılıb.