Bərdədə kafe yanıb. Obyekt sahibi Müslüm Vəliyev iddia edir ki, kimsə qəsdən benzin tökərək iaşə obyektini yandırıb. Bir neçə dəqiqənin içərisində yanğın ikimərtəbəli binanı tamamilə yararsız hala salıb.
APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsözndürən maşınları gəlib. Alovun qonşuluqdakı binalara və ticarət köşklərinə keçməsinin qarşısı alınıb.
Kafe tamamilə yanıb.