Bəhreyn vətəndaşı Bakıda icarəlik avtomobillə qəza törətdi
19 iyul 2018 06:45 (UTC +04:00)

Bəhreyn vətəndaşı Bakıda icarəlik avtomobillə qəza törətdi

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

 

APA TV-nin  məlumatına görə, avtoqəzanı Bəhreyn vətəndaşı icarəyə götürdüyü avtomobillə törədib.

 

Yol nəqliyyat hadisəsi Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən "Kia" markalı avtomobillə Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfildən sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" markalı digər avtomobil "Kia"ya çırpılıb.

 

Yol qəzası nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində yol polis əməkdaşları olub və sürücülərin ifadələri alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar