Yeni il bayramı günlərində Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənib. Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Lent.az-a verdiyi məlumata görə, dəm qazından zəhərlənənlər arasında ölüm halı baş verməyib. Zəhərlənənlərin əksəriyyəti qadınlar, 3-ü isə uşaq olub.
A. Maqsudov deyib ki, bayram günlərində 4 nəfər dərmanın əlavə təsiri nəticəsində yaranan allergik reaksiya ilə mərkəzə müraciət edib.
Bayram günlərində 6 nəfər sərxoşun da Mərkəzə müraciət etdiyini xatırladan şöbə müdiri deyib ki, onlara yardım göstərildikdən sonra evə buraxılıblar.