Bayram günləri respublika ərazisində baş verən yol qəzalarında 17 nəfər ölüb, 60 nəfər yaralanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 31-i, yanvarın 1-i, 2-si ölkə ərazisində 32 yol qəzası baş verib. Nəticədə 17 nəfər ölüb, 60 nəfər yaralanıb.