Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edən "Singapore Airlines" aviaşirkətinin "Airbus-380" sərnişin təyyarəsinin sərnişinləri təyinat yerinə başqa reyslə yola salınıblar. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə hava limanından məlumat verilib.
Qeyd edək ki, London-Sinqapur aviareysini yerinə yetirən təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.