Bakının mərkəzindən partlayıcı qurğular tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Ü.Hacıbəyov küçəsində sellofan torbaya bükülmüş 4 ədəd qumbara və 3 ədəd qumbara alışdırıcısı tapılaraq aidiyyatı üzrə rayon Polis İdarəsinə təhvil verilib.
Araşdırma aparılır.