Bakının mərkəzində külli miqdarda pul oğurlamış şəxs tutuldu
28 noyabr 2016 11:11 (UTC +04:00)

Bakının mərkəzində külli miqdarda pul oğurlamış şəxs tutuldu

0

Bakıda oğurluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Puşkin küçəsi, ev 5 ünvanın qarşısında, Qaradağ Rayon Polis İdarəsi tərəfindən axtarışda olan (küllü miqdarda pul oğurlayıb qaçmış) Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Qasımov Rəşad Dəsman oğlunu yaxalayıblar. O, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 197

Oxşar yazılar