Bakıdan Ucara gedən mikroavtobus aşdı: xəsarət alanlar var
26 iyul 2013 18:50 (UTC +04:00)

Bakıdan Ucara gedən mikroavtobus aşdı: xəsarət alanlar var

Ucarda  baş verən yol qəzasında çoxlu sayda xəsarət alanlar var.


 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı-Ucar marşrutu üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil, hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerində Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577
avatar

Oxşar yazılar