Bakıda körpə uşaqların da öldüyü qəza ilə bağlı cinayət işi başlanıb - <span style="color:red;">YENİLƏNİB
06 dekabr 2017 10:23 (UTC +04:00)

Bakıda körpə uşaqların da öldüyü qəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

 

Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
 
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
Bakı şəhəri, Qaradağ rayonunda  “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.  Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​
 
APA-nın əldə etdiyi məlumata görə, Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Qəzanın beşinci qurbanı altı aylıq Hüseynova Cənnət İntamiz qızı olub. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.  

 

05.12.2017

 

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda  “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.  Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

 

APA-nın əldə etdiyi məlumata görə, Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Qəzanın beşinci qurbanı altı aylıq Hüseynova Cənnət İntamiz qızı olub. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.  

 

 

**** 21.20

 

Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, qəza Xocəsən-Lokbatan yolunda baş verib. "Mercedes-190” markalı minik avtomobilinin  "Mercedes " markalı mikroavtobusla toqquşması nəticədə 5  nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır. Qəza zamanı mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir. 

 

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. 

 

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

 

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.

 
**** 19.20
 
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı Şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun ərazisində minik avtomobili ilə yük maşını toqquşub, nəticədə bir neçə nəfər ölüb.
 
Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır. 

# 153
avatar

APA Baycan

Oxşar yazılar

Kamran Əliyev onu təqaüdə göndərdi

Kamran Əliyev onu təqaüdə göndərdi

4 mart 2024 , 15:10
Bakıda kafedə KÜTLƏVİ DAVA

Bakıda kafedə KÜTLƏVİ DAVA

4 mart 2024 , 13:33
Daha bir tələbə  vəfat etdi

Daha bir tələbə vəfat etdi

4 mart 2024 , 12:46
Azərbaycanda falçıya hökm oxundu  - Bu qədər pul aparıb

Azərbaycanda falçıya hökm oxundu - Bu qədər pul aparıb

4 mart 2024 , 11:35
Azərbaycanda DƏHŞƏT:   İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır -  VİDEO   - YENİLƏNİB

Azərbaycanda DƏHŞƏT: İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB

4 mart 2024 , 11:12
Axtarışda olan 43 nəfər saxlanıldı

Axtarışda olan 43 nəfər saxlanıldı

4 mart 2024 , 09:54
240 ədəd psixotrop maddə satan şəxslər SAXLANILDI

240 ədəd psixotrop maddə satan şəxslər SAXLANILDI

4 mart 2024 , 09:36
Tovuzda maşın piyadanı VURUB ÖLDÜRDÜ

Tovuzda maşın piyadanı VURUB ÖLDÜRDÜ

4 mart 2024 , 09:18