Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan aprelin 18-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən, 1 gözəllik salonundan və 1 ofisdən pul, mobil telefon və fotoaparat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.