Bu gecə saat 01:00 radələrində Bakının Nərimanov rayonunda yeni ailə həyatı quran qadın özünü öldürüb. Lent.az-ın məlumatına görə, bu barədə Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən Ans-ə bildirilib. Çermet qəsəbəsi, Ə.Əliyev küçəsi 38 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Səfiyyə Ələkbər qızı Ağayeva özünü yaşadığı evin dəhlizində asıb. Onun meyitini ailə üzvləri asılmış halda tapıblar.
Qadının hansı səbəbdən intihar etdiyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir