Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda 9 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 8 ədəd elektrik açarı və 2 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.