Bakıda və magistral yollarda nəqliyyatın hərəkəti dayandırılacaq <span style="color:red;">- SİYAHI
03 may 2016 17:00 (UTC +04:00)

Bakıda və magistral yollarda nəqliyyatın hərəkəti dayandırılacaq - SİYAHI

“TOUR d`AZERBAİDJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar Bakıda və respublikanın bir sıra şəhər və rayonlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Lent.az mayın 5-8-də davam edəcək yarışla bağlı bağlanacaq yolların siyahısını təqdim edir:

 

May ayının 5-də saat 09.30-dan 15.30-dək- Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində

 

May ayının 6-da saat 09.30-dan 15.00-dək - Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində

 

May ayının 7-də saat 09.30-dan 13.30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədəkmaqistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

 

May ayının 8-də səhər saat 09.00-dan 12.00-dək - Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zağulba – Buzovna – Hava limanı şosesi” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, saat 09.00-dan 15.30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Nizam Rza

Oxşar yazılar