Bakı şəhəri Səbail rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Rəşid Behbudov küçəsi 4 ünvanının qarşısından, Azərbaycan Pedoqoji Universitetinin giriş qapısında 40-45 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. İlkin baxış nəticəsində meyit üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.
Ölən şəxsin kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.