Binəqədi qəsəbəsi ərazindən silah-sursat tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində sellofan torbada nömrəsi silinmiş “Mauzer” markalı tapança, 3 ədəd “F-1” və 1 ədəd “RQD” markalı qumbara tapılıb.
Araşdırma aparılır.