Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisısi baş verib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1964-cü il təvəllüdlü Ramiz Babayev taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə qarın boşluğuna bıçaqla xəsarətlər yetirib.
Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən intihara cəhdin səbəbləri araşdırılır.