Bakıda şampunun içindən görün nə çıxdı
26 oktyabr 2014 14:27 (UTC +04:00)

Bakıda şampunun içindən görün nə çıxdı

0
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısını alıb. Lent.az-ın Penitensiar xidmətə istinadən verdiyi məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4 və 181.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib. Bu zaman, “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryək aşkar edilərək götürülüb.
 
Fakt  üzrə araşdırma aparılır. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5972

Oxşar yazılar