Bakı şəhərinin Xətai rayon ərazisində intihar hadisəsi baş verib. Rayon polis idarəsindən Lent.az-a verilən məlumata görə, Məhəmməd Hadi küçəsi, 87, mənzil 97 ünvanında Rusiya Federasiyasının vətəndaşı 1975-ci il təvəllüdlü Teçnov Vladim Vladimiroviç özünü asaraq intihar edib. 38 yaşlı kişi öz bel kəməri ilə özünü mənzilin girişindəki dəhlizdə asıb. Onun meyitinin qardaşı aşkarlayıb və dərhal polisə xəbər verib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.