Bakıda soyğunçuluq və quldurluq etməkdə şübhəli bilinən 4 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də Rahim Cəbrayılovun 1456 manat pulunu soyğunçuluq, martın 28-də isə Tarıyel Məmmədovun 400 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Hacımayılzadə, Saleh Sadıqov, Sumqayıt şəhər sakini Taleh Mirzəyev və Abşeron rayon sakini Adəm Lətifov tutulublar.
Araşdırma aparılır.