Məhərrəm Səfərli: “Təyyarədəki sərnişinlər üçün başqa bir təyyarə gələcək”
Bu gecə Londondan Sinqapura uçarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən təyyarənin təmirə ehtiyacı var. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib ki, qəza enişi edən AİRBUS 380 təyyarəsində 467 sərnişin və 27 təyyarə ekipajı olub. Hazırda onlar üçün xüsusi yer ayrılıb: “İndi başqa bir təyyarə gələcək. Həmin təyyarənin təmirə ehtiyacı var. Bu səbəbdən xidmət göstərə bilməz”, - deyə Məhərrəm Səfərli bildirib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda AİRBUS 380 təyyarəsi qəza enişi edib. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan yoxdur.