Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Səbuhə Abdullayevanın 4200 manatını soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Səbuhi Nəsrullayev tutulub.
Araşdırma aparılır.