Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində martın 9-da Bakı şəhər sakini Kövsər Babayevin içərisində 300 manat və 5 ABŞ dolları, habelə qızıl və gümüş əşyalar olan çantasını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Gülnarə Novruzova tutulub.
Araşdırma aparılır.