Bakıda oğurluqda təqsirləndirlən şəxslər azadlığa buraxıldı
05 fevral 2015 17:33 (UTC +04:00)

Bakıda oğurluqda təqsirləndirlən şəxslər azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Nefçala rayon sakini, 1995-ci il təvəllüdlü Musatafayev Mirəzağa və Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Nisə Senalının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə hər iki şəxsin yaşı, ilk dəfə cinayət törətməsi nəzərə alınıb və onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi rəhbər tutularaq şərti azadlığa buraxılıb.

 

Qeyd edək ki, keçən il iyulun 17-də Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Esmira Baxşəliyevanın evindən 3000 manat, 1500 dollar və 2000 avro, habelə 15000 manat dəyərində qızıl əşyalar oğurlamış Neftçala rayon sakini Mirzəağa Mustafayev və Bakı şəhər sakini Nisə Senalı tutulublar. Onlar barəsində Cinayət Məcəlləsinin 177(oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Səlcuq Elçin

Oxşar yazılar