Bakıda velosiped oğrusu ələ keçdi
21 iyul 2018 14:50 (UTC +04:00)

Bakıda velosiped oğrusu ələ keçdi

Bakıda mənzillərdən velosiped oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar