Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m2 olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m2 sahədə və məişət texnikaları əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.