Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1955-ci il təvəllüdlü Əliyeva Gülər Qurban qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.