Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ruslan Məmmədov aprelin 29-da gecə saatlarında Pirşağı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.