Bakıda körpə uşaqları belə xilas etdilər
05 noyabr 2014 11:38 (UTC +04:00)

Bakıda körpə uşaqları belə xilas etdilər

Noyabr 4–də saat 10:55-də "112" Xidmətinə Binəqədi  rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinə su dolması ilə bağlı məlumat daxil olub. Lent.az-ın məlumatına görə, uzunmüddətli yağış yağması səbəbindən suyun səviyyəsi artıb və vətəndaş xilasediciləri köməyə çağırıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mobil  xilasedicilər  qrupu  hadisə  yerinə  cəlb edilib.

 

Hadisə yerinə məlum olub ki, leysan yağışı nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsinə təqribən 80-100 santimetr yağış suyu dolub və sakinlərin  evdən  çıxması  üçün  çətinliklər  yaranıb. Xilasedicilər adıçəkilən mənzillərdən 4 nəfərin (1 qadın və 3 uşaq) çıxarılaraq  təxliyə  olunmasını  təmin ediblər.

.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar