Bakıda kirayə yaşayanlar faciəvi hadisənin qurbanı oldu
13 yanvar 2015 13:09 (UTC +04:00)

Bakıda kirayə yaşayanlar faciəvi hadisənin qurbanı oldu

Azərbaycanda daha iki nəfər dəm qazından boğularaq ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 12-də Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan, Cəlilabad rayon sakini Cəlal Abdulov isə Binə qəsəbələrində kirayədə yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək ölüblər.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar