Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini X.Tağıyevanın çantasından 400 manat pul, ətir və gümüş əşyalar, mayın 7-də isə A.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vadim Sedov saxlanılıb.
Araşdırma aparılır.