Bakıda əcnəbinin telefonu oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon ərazisindəki kafelərdən birində İran vətəndaşı Yuosef Abdollah Babaciyə məxsus telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Müslüm Almuradov tutulub.
Araşdırma aparılır.