Bakıda jurnalisti maşınla vurub öldürdülər - <span style="color:red;">YENİLƏNİB
18 iyul 2014 12:25 (UTC +04:00)

Bakıda jurnalisti maşınla vurub öldürdülər - YENİLƏNİB

Bakı şəhərində jurnalist Sarvan Ağayevi vuran avtomobilin sürücüsü müəyyənləşdirilib.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, jurnalist Bakı şəhər sakini, 24 yaşlı Teymur Məlikovun idarə etdiyi “Hyundai” avtomobili ilə vurulub. Faktla bağlı araşdırma aparılır.

 

 

 

*****

 

12:01

 

Bu barədə APA-ya “Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib.


 

Ə. Mədətoğlu deyib ki, iyulun 17-də Sarvan Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S. Ağayev hadisə yerində ölüb.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub.

 

Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

 

Qeyd edək ki, S. Ağayev əvvəllər “Ədalət” qəzetində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5384
avatar

Oxşar yazılar