Sabah Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu”dan Lent.az-a verilən məlumata görə, Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar 02 may 2018-ci il tarixində gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.