Bakıda idarədən pulla dolu seyf oğurlanıb
26 aprel 2018 15:03 (UTC +04:00)

Bakıda idarədən pulla dolu seyf oğurlanıb

Bakıda inzibati binadan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub. 

        

 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.  

        

 

13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən  Bakı şəhər sakinləri  Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar