Bakıda həbsxanada 5 məhkum özünü doğrayıb
14 noyabr 2013 18:37 (UTC +04:00)

Bakıda həbsxanada 5 məhkum özünü doğrayıb

Noyabrın 13-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyində olan 17 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan beş nəfər məhkum müəssisə rəhbərliyi qarşısında qanuna zidd tələblər irəli sürüblər. Lent.az-ın Penitensiar xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat qrupu dərhal çəzaçəkmə müəssisəsinə yollanıb və müəssisə rəhbərliyi ilə birgə məhkumlara hüquq və vəzifələri yenidən geniş izah edilib və onlardan daxili intizam qaydalarına riayət olunması tələb olunub. Məlumata görə, həmin 5 məhkum onlarla aparılmış söhbətlərdən nəticə çıxarmayıb, qanuna zidd tələblərindən dönməyib, müəssisə əməkdaşlarına təzyiq vasitəsi kimi istifadələrində olan üz qırxılması üçün nəzərdə tutulmuş birdəfəlik ülgüclərlə özlərinə yüngül bədən xəsarəti yetiriblər: “Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhkumlara ilkin tibbi yardım göstərilib və onlar digər məhkumlardan təcrid ediliblər. 17 saylı cəzaçəkmə müəssisəsində şərait sabitdir”.

 

Gələcəkdə də daxili intizam qaydalarına zidd, habelə cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.

 

Fakt üzrə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar