Bakıda hamamdan silah-sursat tapıldı
06 aprel 2017 12:57 (UTC +04:00)

Bakıda hamamdan silah-sursat tapıldı

0

Dünən Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbədə yerləşən hazırda istifadə olunmayan “Hacı Əbdül” hamamında məlum Nardaran hadisələri zamanı silah-sursat gizlədildiyi barədə məlumat əldə ediblər.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapıb. Polis əməkdaşları qeyd olunan ünvandan “AKS” markalı avtomat, 4 əl qumbarası, 50 avtomat patronu, 2 qumbara alışdırıcısı və dini mərasimlərdə istifadə olunan zəncir” aşkar edərək götürüblər.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar