Bakıda gəncə bir neçə bıçaq zərbəsi vurulub
08 may 2019 01:09 (UTC +04:00)

Bakıda gəncə bir neçə bıçaq zərbəsi vurulub

0
Dəmir Yolu Vağzalının yaxınlığında bıçaqlanma hadisəsi qeydə alınıb. 
 
ONA xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar İbrahim oğlu Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 
 
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sol budun və sol qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
 
İlkin tibbi yardım göstərilən Anar Rəhimovin vəziyyəti kafi qiymətləndirilir.
 
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1347

Oxşar yazılar